13 rəqəminin uğursuz sayılması çox yayılmış bir inancdır və bu inanc müxtəlif sahələrdə özünü göstərir. Məsələn, bəzi ölkələrdə evlərin qapılarında 13 nömrəsi verilmir, otellərdə 13-cü mərtəbə və ya otaq olmur. Bu inancın kökü Skandinaviya mitologiyasına gedib çıxır. İşıq tanrısı Balderin ziyafətində 12 qonaq dəvət olunduğu halda, 13-cü qonaq olaraq gələn hiyləkar tanrı Loki, Balderi öldürür. Bu əfsanə daha sonra xristian dünyasında İsa peyğəmbərin son axşam yeməyi ilə əlaqələndirilir. Bu səbəbdən, 13 rəqəmi uğursuz, xüsusilə də cümə günü ilə üst-üstə düşdükdə isə daha da uğursuz sayılır. Bununla yanaşı, bəzi inanclara görə, ayın 13-cü günü doğulanlar üçün isə bu rəqəm uğurlu hesab edilir.
Etiket:
Bilməsəmdə olardı...