Bumeranqların hamısı geri dönmür. Geri dönən bumeranqlar, Avstraliya yerliləri olan aborigenlər tərəfindən istifadə edilən xüsusi bumeranqlardır. Bu bumeranqlar idman və ya quş ovunda istifadə olunur. Geri dönən bumeranqların necə işlədiyi hələ də tam başa düşülməyib, lakin onların aerodinamik qaldırma gücü və cayroskobik təsirlərlə geri döndüyü düşünülür. Aborigenlər bu bumeranqları quş sürülərinin üzərinə atır və quşlar bumeranqın kölgəsini yırtıcı quş sanaraq aşağı enib torlara ilişirlər. Bumeranqların tarixi çox qədimlərə gedib çıxır və bu gün də bəzi ölkələrdə idman kimi məşğul olunmaqdadır.
Etiket:
Bilməsəmdə olardı...