Qanımız qırmızı olduğu halda damarlarımız niyə mavi görünür?



Qanımızın rəngi, oksigen daşıyan hemoqlobin adlı bir proteinlə əlaqədardır. Qan, oksigeni hüceyrələrə çatdırdıqda, onun rəngi parlaq qırmızı olur. Hüceyrələrə oksigen verildikdən sonra isə qan tünd qırmızı, bəzən mor rəngə çevrilir. 

Damarların mavi görünməsi isə dəridə işığın necə yayılması ilə bağlıdır. Dərimiz mavi işığı daha çox əks etdirdiyi üçün damarlarımız mavi görünür. Gördüyümüz damarların əksəriyyəti isə vena damarlarıdır və onlar dərinin səthinə yaxın olduqları üçün bu rəngdə görünürlər.
Daha yeni Daha eski