Boş zamanlarınızda əylənə biləcəyiniz 5 maraqlı sayt - #1




Sonsuz sosial media reelslərinin arasında belə bəzən sıxıldığınızı anlayıram. Buna görə də vaxtımızı maraqlı keçirə biləcəyimiz bir neçə sayt araşdırdım və aşağıda sıraladım.

Futureme.org ilə gələcək özünüzlə əlaqə qurun
Futureme saytına daxil olaraq gələcəkdəki özünüzə bir məktub göndərmək istərdinizmi? Bu platforma ilə indiki vəziyyətinizi, duyğularınızı və arzularınızı gələcəkdə analiz etmək imkanı qazanacaqsınız. Məktub göndərmə prosesi çox sadədir: əvvəlcə tarix seçin və məktubun göndəriləcəyi e-poçt ünvanını təyin edin. Sayt, məktubunuzu qeyd etdiyiniz tarixə qədər saxlayır. Bu tarix bir ay, üç ay və ya hətta 20 il ola bilər. Həqiqi duyğularınızı və arzularınızı yazaraq, zaman keçdikcə dəyişiminizi və yetkinləşmənizi izləyə bilərsiniz.

Kafedə işləmə zövqünü evə gətirən sayt: imissmycafe.com
Ev şəraitində işləməkdən bezmisiniz? imissmycafe.com saytına daxil olaraq özünüzü kafe mühitində işləyirmiş kimi hiss edə bilərsiniz. Sayt sizə barista səsi, fincan səsləri və digər müştərilərin səslərini seçərək tam bir kafe atmosferi yaratmağa imkan verir. Hətta havanın yağmurlu və ya günəşli olmasına belə siz qərar verirsiniz. Bu sayt vasitəsilə iş rejiminizə fərqli bir rəng qatmaq mümkündür.

Heç vaxt yaşamamış insanların üzlərini kəşf edə biləcəyiniz sayt: thispersondoesnotexist.com
Ən maraqlı saytlardan biri thispersondoesnotexist.com saytıdır. Burada heç vaxt yaşamamış insanların üzlərini görə bilərsiniz. Sayta daxil olduqda təsadüfi bir insan üzünə rast gələcəksiniz və hər dəfə səhifəni yenilədikdə yeni üzlər qarşınıza çıxacaq. Veb sayt süni intellektin yardımı ilə fərqli üzləri birləşdirərək tamamilə unikal insanlar yaradır.

Weavesilk.com ilə dizayn fikirlərinizi genişləndirin
Dizayn ilə maraqlanırsınızsa, weavesilk.com saytı sizə çox kömək olacaq. Saytda müxtəlif rəng palitraları ilə istədiyiniz şəkilləri və dizaynları yaratmaq mümkündür. Siçan göstəricisini ekranda hərəkət etdirərək gözəl və yaradıcı vizuallar yaradın. Həmçinin, yaratdığınız dizaynları yüksək keyfiyyətlə yükləmək və çap etmək imkanı da var. Bu platforma özünüzü inkişaf etdirmək və yeni dizaynlar yaratmaq üçün əla vasitədir.

Piano çalma bacarığınızı inkişaf etdirəcək sayt: touchpianist.com
İnternetdə müxtəlif musiqi aləti simulyasiyaları mövcuddur, amma touchpianist.com onlardan ən maraqlı olanıdır. Sayta daxil olduqda, klaviaturanızın düymələrinə toxunaraq sizə təqdim edilən notaların ritmini tuta bilərsiniz və müxtəlif əsərləri pianoda ifa edə bilərsiniz. Pianoda çalmağa davam etdikcə melodiya və ritmi anlamağı öyrənir, tamamilə öz yaratdığınız musiqi parçalarını ərsəyə gətirə bilərsiniz. Ekrandakı nöqtələri izləyərək ritmin axışına qapılmaq kifayətdir. Beləliklə, daxilinizdəki sənətçini kəşf edə və piano melodiyaları ilə vaxtınızı xoş keçirə bilərsiniz.


Daha yeni Daha eski