Sevgi budur?!...


Qeyd: İçimdən gəldiyi kimi yazıram, ümidvaramki, kiçik qrammatik xətaları və cümlə tərtibatının nisbətən uyğunsuz olmasını anlayışla qarşılayarsınız.

Böyük şəhərdə kiçik insanmı?! Yoxsa kiçik şəhərdə böyük insanmı?!
Köhnə xasiyyətimdən əl çəkə bilmirəm. Yenə də hisslərim özünü dəlisov uşaq kimi aparır.
Mən nəinki şəhər, hətta ölkə dəyişsəm belə, düşünmürəm ki, dəyişiklik olsun. Çünki Yaradan məni belə proqramlaşdırıb.
Bəlkə də bütün insanlarda belədir. Başqa birinin bir günlük həyatını yaşamaq istərdim. Maraqlı olardı...
Adama deyərlər, "Ay uşaq, sən hələ öz həyatını düz-əməlli yaşa. Doya-doya..."
Bilirsən, Bakıya son gəlişimdə insanlara çox təəccübləndim. Hər kəs harasa tələsir sanki. Çox sürətli yeriyirlər. Bəlkə də gözlədikləri biri vardır. Ya da gecikdiyi iş yerləri... 
Mən isə yenə qulağımda qulaqcıqla asta-asta yeriyirəm. Dinlədiyim musiqiyə isə söz ola bilməz: Qaraqan – Mən və Sən...
Bu musiqini sanki mənim üçün bəstələyib. Musiqinin dərinliyinə vardıqca düşüncələrim və xatirələrim daha da aydınlaşır.

Onun gözləri...
Gözlərini təsvir edirəm, içindəki gülümsəməsi ilə. Mənə gülümsəyirdi. İlahi, mənə görə gülümsəyirdi! Üzünü elə yaddaşımda saxlamaq istəyirdim ki, əbədiyyən unutmayım.
Üzünə baxdıqca susurdum. Susduqca isə yenidən üzünə baxırdım. Əslində dodaqları tərpənməsə də olardı, gözlərindən hər şeyi eşidirdim.
Zərif əlləri.
Tuta bilmədiyim o zərif əlləri... İnsan digər insana necə sitayiş edər, bilmirəm.
Uzaqdan belə saçlarının qoxusunu alırdım. Gözlərimi yumarkən xəyalımda oxşadığım saçlarının...
Sevgi budur?!...
Daha yeni Daha eski